Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında daha 5 medal qazanıb.
"Report"un Kazana ezam olunmuş əməkdaşı xəbər verir ki, ötən gün yarımfinaldakı ilk görüşlərində məğlub olan Aysu İsmayılova (48 kq), İsgəndər Qızbəs (57 kq) və Emili Rzayevanın (63 kq) bürünc medal qazanması rəsmiləşib.
Bundan əlavə, bu gün yarımfinalda uduzan kişi boksçular Tağı Nəsibov (48 kq) və İbrahim Zeynalov (50 kq) da bürünc medala sahib çıxıb.
Qeyd edək ki, aktivində 3 qızıl, 1 gümüş və 7 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında ikinci pillədə qərarlaşıb. İlk sırada 5 qızıl, 2 gümüş və 6 bürünc medalla Rusiya yer alıb. İlk "üçlüy"ü isə 6 medalla (2 qızıl, 1 gümüş, 2 bürünc) Belarus tamamlayır.