Azərbaycanın iki boksçusu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında mübarizəyə qoşulub.
"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 48 kq çəki dərəcəsində yarışan Tağı Nəsibov yarımfinalda Javoxir Kuysinova (Özbəkistan) uduzub.
50 kq-dakı İbrahim Zeynalov isə Artyom Nazarov (Rusiya) ilə dueldən məğlub ayrılıb.
Qeyd edək ki, bu gün Azərbaycanın 10 sərbəst və 5 qadın güləşçisi də çıxış edir. Sentyabrın 3-də Azərbaycan yunan-Roma güləşçiləri 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Digər tərəfdən, qadın boksçuların hər 3-ü ilk görüşdəcə uduzub.