Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının sonuncu günündə uğur qazanan Azərbaycan karateçiləri və badmintonçuları mükafatlandırılıb.
"Report"un Tatarıstan paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, karateçilərdən 1-i qızıl, 3-ü gümüş, 5-i bürünc medala sahib çıxıb.
Badmintonçular isə yarışı ümumilikdə 5 medalla (1 qızıl, 3 gümüş, 1 bürünc) başa vurublar.
Qeyd edək ki, Azərbaycan komandası Oyunlarda 60 medalla 4-cü olub.