MDB Oyunlarının qalibi: "Yarışa yaxşı hazırlaşmışdım"

MDB Oyunlarının qalibi: "Yarışa yaxşı hazırlaşmışdım" "Yarış meydançası, buradakı rahatlıq, yaradılan şərait çox xoşuma gəldi. Hər şey əladır".
Fərdi
7 Sentyabr , 2021 17:53
MDB Oyunlarının qalibi: Yarışa yaxşı hazırlaşmışdım

"Yarış meydançası, buradakı rahatlıq, yaradılan şərait çox xoşuma gəldi. Hər şey əladır".

"Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu I MDB Oyunlarının qalibi olan Azərbaycanın stend atıcısı Cavid Həsənov deyib.

Dairəvi stenddə qızıl medal qazanan idmançı dəyişkən hava şəraitinin çıxışına mənfi təsir etmədiyini bildirib: "Əksinə, belə havanı sevirəm. Rəqiblərim güclü idi, hamısı layiqli mübarizə apardı. Yarışa yaxşı hazırlaşmışdım. Amma hər şey buradakı şəraitdən asılı idi. Qızıl medal qazandığım üçün şadam".

Həsənov qarşıdakı planlarından da söz açıb: "Əvvəlcə 5-10 gün dincəlməliyəm. Bundan sonra isə yenidən məşqlər başlayacaq. Məşqçim Emin Cəfərova təşəkkür edirəm. Demək olar ki, hər gün məşq edirik. Artıq irəliyə baxırıq. Görək, necə olacaq".

Son xəbərlər

Orphus sistemi