2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha iki idman növünün daxil edilməsi təqdiqlənib.
"Report" Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytına istinadən xəbər verir ki, bunlar kamandan oxatma və tay boksu olaraq bilinən muay tay idman növüdür.
Kamandan oxatma 2015-ci ildə Bakıdakı I Avropa Oyunlarının, 2019-cu ildə isə Belarusun paytaxtı Minskdəki II Avropa Oyunlarının proqramından yer alıb.
Muay tay isə 2023-cü ildə Avropa Oyunlarında debüt edəcək. Min ildən çox tarixi olan döyüş sənəti dünyada ən çox məşhurlaşan idman növlərindən biridir. III Avropa Oyunlarında muay tay yarışları gender bərabərliyi nəzərə alınmaqla, təşkil ediləcək. Bu səbəbdən, həm kişilərdə, həm də qadınlarda 7 çəki dərəcəsi olacaq.
Qeyd edək ki, III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.