Naxçıvan və Bakı cüdoçularının birgə toplanışı keçirilib

Naxçıvan və Bakı cüdoçularının birgə toplanışı keçirilib Naxçıvan şəhərində yerli və Bakıdan olan çüdoçuların birgə məşqi baş tutub.
Fərdi
26 İyul , 2024 16:25
Naxçıvan və Bakı cüdoçularının birgə toplanışı keçirilib

Naxçıvan şəhərində yerli və Bakıdan olan çüdoçuların birgə məşqi baş tutub.

“Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin dəstəyi, Naxçıvan Güləş Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində cüdoçular üçün bir günlük təlim-məşq toplantısı təşkil olunub.

Federasiyanın sədri Faiq İsgəndərov toplanışdan əvvəl etdiyi çıxışda bu tip fəaliyyətlərin uşaq və yeniyetmə cüdoçuların inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Məlumata görə, "Güvən" İdman Klubunun direktoru, "Təhsil" Respublika İdman Mərkəzinin məşqçi-müəllimi Vüqar Əliyev bir qrup tələbəsi ilə toplantıda iştirak edib, yerli məşqçilərlə birgə idmançılara yeni biliklər aşılayıb.

Toplantının yekununda fəal idmançılara diplom təqdim olunub.

Son xəbərlər

Orphus sistemi