Naxçıvan Muxtar Respublikasının 100-cü ildönümünə həsr olunmuş şahmat turniri keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100-cü ildönümünə həsr olunmuş şahmat turniri keçiriləcək Muxtariyyətin 100-cü ildönümünə həsr olunmuş beynəlxalq reytinqli turnir keçiriləcək
Fərdi
9 Yanvar , 2024 16:40
Naxçıvan Muxtar Respublikasının 100-cü ildönümünə həsr olunmuş şahmat turniri keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, sabah Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq şahmat turnirinə start veriləcək.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil olan yarış üçün 60-dan çox şahmatçı qeydiyyatdan keçib.

Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə reallaşacaq yarışın ilk turuna sabah, saat 15:00-da start veriləcək. Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim, qadınlardan ibarət milli komandamızın baş məşqçisi Fikrət Sideifzadədir.

İlk üç yerin sahiblərinə və müxtəlif nominasiyaların qaliblərinə diplom və pul mükafatı təqdim olunacaq. Yekun nəticələr beynəlxalq reytinq hesablamaları üçün FIDE-yə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi