Milli Basketbol Assosiasiyasında yanvarın 14-də keçirilməsi planlaşdırılan "Vaşinqton" - "Yuta" qarşılaşması təxirə salınıb.
"Report"un məlumatına görə, buna "Vaşinqton"un oyunçularının koronavirusa yoluxması səbəb olub.
Komandada qarşılaşma üçün tələb olunan 8 basketbolçu düzəlməyib və məşqlər təxirə salınıb. Bu, NBA-da cari mövsüm koronavirusa görə təxirə salınan 6-cı görüşdür.
Daha əvvəl "Boston"un "Mayami" (11 yanvar), "Çikaqo" (13 yanvar) və "Orlando" (14 yanvar) ilə qarşılaşması baş tutmayıb. Həmçinin "Nyu-Orlean" - "Dallas" (12 yanvar) və "Hyuston" - "Oklahoma" (23 dekabr) oyunları də təxirə salınmışdı.