Novak Cokoviç Parisdəki Olimpiya kəndində yaşamayacaq

Novak Cokoviç Parisdəki Olimpiya kəndində yaşamayacaq Serbiyalı tennisçi Novak Cokoviç Parisdəki Olimpiya kəndində yaşamayacaq.
Fərdi
24 İyul , 2024 17:05
Novak Cokoviç Parisdəki Olimpiya kəndində yaşamayacaq

Serbiyalı tennisçi Novak Cokoviç Parisdəki Olimpiya kəndində yaşamayacaq.

"Report"un "Sportal"a istinadən məlumatına görə, dünya tennisinin 37 yaşlı ulduzu Olimpiya kəndinə yalnız serbiyalı idmançıları salamlamaq üçün gəlsə də, ayrı yaşayacaq.

Bu qərar onunla bağlıdır ki, 3 il əvvəl Tokiodakı Olimpiya kəndində yaşamaq Cokoviçin gündəlik rejimə əməl etməsini çətinləşdirib. Bir çox idmançı onunla şəkil çəkdirmək istəyib və bu, onun məşqlərə getməsinə mane olub.

Qeyd edək ki, Paris-2024-də tennis yarışı iyulun 27-dən avqustun 4-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi