Olimpiya çempionu 20 illik həbs cəzası ilə üzləşə bilər

Olimpiya çempionu 20 illik həbs cəzası ilə üzləşə bilər Maneələri dəf etməklə 3 000 metr məsafəyə qaçış üzrə keniyalı olimpiya çempionu Kokseslus Kipruto 15 yaşlıqızı ləkələməkdə günahlandırılır
Fərdi
18 Noyabr , 2020 12:14
Olimpiya çempionu 20 illik həbs cəzası ilə üzləşə bilər
Kokseslus Kipruto

Maneələri dəf etməklə 3 000 metr məsafəyə qaçış üzrə keniyalı olimpiya çempionu Kokseslus Kipruto 15 yaşlıqızı ləkələməkdə günahlandırılır.

"Report" "Inside the Games"ə istinadən xəbər verir ki, 25 yaşlı atlet Keniyanın Kapsabet şəhərində 16 yaşdan kiçik qızla cinsi əlaqədə olduğu üçün 20 il həbs cəzası ilə üzləşə bilər.

Kipruto günahsız olduğunu iddia edir. O, məhkəməyə qədər 1 800 ABŞ dolları girov müqabilində sərbəst buraxılıb. Qohumları 15 yaşlı qız evdən qaçaraq Kiprutonun yanında üç gün qaldıqdan sonra şikayət ediblər. İdmançı sevgilisinin yetkin olduğunu iddia edərək onu aldatdığını bildirib.

Qeyd edək ki, Kokseslus Kipruto polis zabitidir. O, Rio-2016 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Atlet 2017 və 2019-cu il dünya çempionatlarının da qalibi olub.

Son xəbərlər

Orphus sistemi