Atletikanın çəkicatma növü üzrə olimpiya çempionu Dilşod Nazarov 2 il müddətinə diskvalifikasiya olunub.
"Report"un məlumatına görə, buna səbəb tacikistanlı keçmiş idmançının dopinq testinin müsbət çıxmasıdır.
2011-ci il dünya çempionatı zamanı qanında qadağan olunmuş maddə aşkarlanan Nazarov barəsində ilk qərar 2 il öncə verilib. Həmin vaxt 39 yaşlı idmançıya müvəqqəti cəza müddəti tətbiq olunub. İşə yenidən baxıldıqdan sonra onun iki illik diskvalifikasiyası barədə qərar qəbul edilib. Cəza müddəti 2019-cu il sentyabrın 24-dən hesablanır.
Qeyd edək ki, Dilşod Nazarov 2016-cı il Rio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Hazırda o, Tacikistan Yüngül Atletika Federasiyasının prezidentidir.