Olimpiya kəndini özbaşına tərk edən idmançılar yarışdan kənarlaşdırılıb

Olimpiya kəndini özbaşına tərk edən idmançılar yarışdan kənarlaşdırılıb Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi Olimpiya kəndini özbaşına tərk edən idmançıları cəzalandırıb.
Fərdi
31 İyul , 2021 10:36
Olimpiya kəndini özbaşına tərk edən idmançılar yarışdan kənarlaşdırılıb

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi Olimpiya kəndini özbaşına tərk edən idmançıları cəzalandırıb.

"Report" "Kyodo"ya istinadən xəbər verir ki, adları açıqlanmayan şəxslərin akkreditasiyaları ləğv edilib.

Onların Tokionun görməli yerlərini ziyarət etmək üçün Olimpiya kəndindən ayrıldıqları bildirilib. Bu, yarışın startından bəri ilk belə hadisədir.

Qeyd edək ki, təşkilatçılar koronavirus infeksiyasının yayılma təhlükəsi səbəbindən idmançıların hərəkətini qəti şəkildə məhdudlaşdırır, onların Yaponiya sakinləri ilə təmaslarının qarşısını alır. İdmançılar yalnız xüsusi nəqliyyat vasitələrində yaşadıqları yerlə idman qurğuları arasında hərəkət edirlər.

Son xəbərlər

Orphus sistemi