Olimpiya məşəli estafetinin başlanacağı tarix bəlli oldu

Olimpiya məşəli estafetinin başlanacağı tarix bəlli oldu Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində Olimpiya məşəli estafetinin başlanacağı tarix açıqlanıb.
Fərdi
28 Sentyabr , 2020 10:16
Olimpiya məşəli estafetinin başlanacağı tarix bəlli oldu

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində məşəl estafetinin başlanacağı tarix açıqlanıb. 

"Report" "Tokio 2020"nin Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, estafetin startı 2021-ci il martın 25-də Fukusima Prefektrurasında baş tutacaq. 

Koronavirus pandemiyası və Oyunların təxirə salınması səbəbindən həyata keçirilə bilməyən bu il üçün planla müqayisədə cədvəldə və marşrutda heç bir dəyişiklik edilməyib. Oyunların başlama tarixi kimi estafetin başlama tarixi də bir gün qabağa çəkilib. Estafet 121 gün davam edəcək və ölkənin bütün 47 əyalətinə aparılacaq. 

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi