Beynəlxalq Paralimpiya Komitəsi (IPC) nigeriyalı pauerliftinqçi Pol Kehindeni anti-dopinq qaydalarını pozduğuna görə cəzalandırıb.
"Report" IPC-nin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı paralimpiyaçı orqanizmində diuretiklər, hidroxlorotiazid və amilorid aşkarlanığı üçün 30 aylıq diskvalifikasiya olunub.
Onun cəzası 2020-ci ilin martından hesablanacaq.
Qeyd edək ki, Pol Kehinde 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının qalibidir.