Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 125 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Geno Petriaşvili (Gürcüstan) ilə qarşılaşıb.
Təmsilçimiz bu görüşdə rəqibinə 0:7 hesabı ilə məğlub olub. Meşvildişvili sabah bürünc medal uğrunda mübarizə aparacaq. O, Oleksandr Xotsianivski (Ukrayna) – Robert Baran (Polşa) görüşünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda Lxaqvaqerel Munxtur (Monqolustan) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Meşvildişvili (12:2) yarımfinala yüksəlib. O, finala gedən yolda Geno Petriaşvili (Gürcüstan) ilə görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Meşvildişvili (4:0) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Lxaqvaqerel Munxtur (Monqolustan) ilə görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.