Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb - YENİLƏNİB - 2

Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb - YENİLƏNİB - 2 Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.
Fərdi
7 Sentyabr , 2024 18:27
Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb - YENİLƏNİB - 2

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, +90 kq çəkidə yer alan ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.

Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

15:03

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazana bilər.

"Report"un məlumatına görə, ikiqat paralimpiya çempionu təsəlliverici görüşdə qalib gəlib.

O, Niderland təmsilçisi Daniel Kneqti ipponla üstələyib.

İ. Zəkiyev mükafat uğrunda Qanbat Daştserenlə (Monqolustan) görüşəcək.

12:16

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.

"Report"un məlumatına görə, təcrübəli idmançı 1/4 finalda Fransadan olan Ceyson Qrandra ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Zəkiyev təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi