Paris-2024: İsveç yığmasının üzvləri nəqliyyatda havasızlıqdan gileyləniblər

Paris-2024: İsveç yığmasının üzvləri nəqliyyatda havasızlıqdan gileyləniblər İsveçin stolüstü tennis yığmasının üzvləri Paris-2024 Yay Olimpiya Oyunlarında nəqliyyatda havasızlıqdan gileyləniblər.
Fərdi
25 İyul , 2024 13:43
Paris-2024: İsveç yığmasının üzvləri nəqliyyatda havasızlıqdan gileyləniblər

İsveçin stolüstü tennis yığmasının üzvləri Paris-2024 Yay Olimpiya Oyunlarında nəqliyyatda havasızlıqdan gileyləniblər.

"Report"un "Aftonbladet"ə istinadən məlumatına görə, milli komanda gediş-gəliş üçün 1 saat 20 dəqiqə vaxt sərf edərək məşqə çıxır.

Kişilərdən ibarət komandanın məşqçisi Yorqen Persson bildirib ki, avtobuslarda kondisioner tez-tez işləmir və hava çatışmazlığı səbəbindən nəqliyyatda qalmaq mümkünsüz olur.

İsveçin qadın yığmasının məşqçisi Tobias Berqman idmançıların əziyyət çəkdiklərini söyləyib:

“Gündə iki dəfə 40 dəqiqə olmaqla səyahət edirik və düzünü desəm, Parisdə istilik Hindistanda olduğunuzdan daha pisdir. Belə davam edərsə, insanlar avtobuslarda huşlarını itirəcəklər”.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi