Pekin-2022: Azərbaycan təmsilçisinin qatıldığı yarışda dünya rekordu qırılıb

Pekin-2022: Azərbaycan təmsilçisinin qatıldığı yarışda dünya rekordu qırılıb ABŞ-ı təmsil edən fiqurlu konkisürən Netan Çen Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekorduna imza atıb.
Fərdi
8 Fevral , 2022 10:07
Pekin-2022: Azərbaycan təmsilçisinin qatıldığı yarışda dünya rekordu qırılıb

ABŞ-ı təmsil edən fiqurlu konkisürən Netan Çen Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekorduna imza atıb.

"Report"un məlumatına görə, 23 yaşlı idmançı buna qısa proqramda nail olub.

Bu mübarizəni birinci pillədə başa vuran Çen 113,97 xal toplayıb. Konkisürən 2020-ci ildə Cənubi Koreyadakı 4 Qitə çempionatında 111,82 xal qazanmış yaponiyalı Yudzuru Hanyunun rekordunu geridə qoyub.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Vladimir Litvintsev qısa proqramda 30 idmançı arasında 84,15 xalla 18-ci olub və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi