Polşa 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya oyunlarını boykot edə bilər.
"Report"un məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Pavel Yablonski RMF FM radiosuna açıqlama verib.
Dövlət rəsmisi bildirib ki, Rusiya və Belarus idmançıları qarşıdakı olimpiadaya buraxılsalar, Polşa həmin yarışda iştirak etməməlidir.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.