Püşk atıldı: Məmmədyarov ilk turda Aronyana rəqib oldu - TƏQVİM

Püşk atıldı: Məmmədyarov ilk turda Aronyana rəqib oldu - TƏQVİM Rəcəbov birinci turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək
Fərdi
11 Mart , 2021 09:51
Püşk atıldı: Məmmədyarov ilk turda Aronyana rəqib oldu - TƏQVİM

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsinin püşkü atılıb.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ilk turda Ermənistan təmsilçisi Levon Aronyana rəqib olub.

Teymur Rəcəbov isə birinci turda niderlandlı Aniş Giri ilə üz-üzə gələcək. Rəcəbov ağ, Məmmədyarov qara fiqurlarla oynayacaq.

İki azərbaycanlı şahmatçı arasında görüş isə XIII tura təsadüf edəcək.

Azərbaycan şahmatçılarının bütün görüşlərinin təqvimi belədir:

I tur

Levon Aronyan (Ermənistan) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Aniş Giri (Niderland)

II tur

Teymur Rəcəbov - Alan Piçot (Argentina)

Şəhriyar Məmmədyarov - Daniil Dubov (Rusiya)

III tur

Uesli So (ABŞ) - Teymur Rəcəbov

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov

IV tur

Şəhriyar Məmmədyarov - Yorden van Forest (Niderland)

Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan)

V tur

Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov

Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov

VI tur

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE)

Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ)

VII tur

Yorden van Forest (Niderland) - Teymur Rəcəbov

Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov

VIII tur

Şəhriyar Məmmədyarov - David Anton (İspaniya)

Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa)

IX tur

Alireza Firuzca (FIDE) - Teymur Rəcəbov

Nils Qrandelius (İsveç) - Şəhriyar Məmmədyarov

X tur

Aniş Giri (Niderland) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Maqnus Karlsen (Norveç)

XI tur

David Anton (İspaniya) - Teymur Rəcəbov

Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya)

XII tur

Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Nils Qrandelius (İsveç)

XIII

Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov

XIV tur

Teymur Rəcəbov - Yan Nepomnyaşi (Rusiya)

Alan Piçot (Argentina) - Şəhriyar Məmmədyarov

XV tur

Şəhriyar Məmmədyarov - Uesli So (ABŞ)

Sergey Karyakin (Rusiya) - Teymur Rəcəbov

Qeyd edək ki, püşkə əsasən, ilk 5 tur martın 13-də, VI - X turlar martın 14-də, XI - XV turlar martın 15-də keçiriləcək. İlkin mərhələnin yekununda 8 ən güclü şahmatçı 1/4 finala yüksələcək. Turnirə martın 21-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi