Qılıncoynatma üzrə Azərbaycan millisi dünya çempionatında 1/4 finala yüksəlib

Qılıncoynatma üzrə Azərbaycan millisi dünya çempionatında 1/4 finala yüksəlib Azərbaycanın qadın sablyaçılardan ibarət komandası Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
Fərdi
22 İyul , 2022 13:27
Qılıncoynatma üzrə Azərbaycan millisi dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın qadın sablyaçılardan ibarət komandası Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

"Report"un məlumatına görə, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət kollektiv ilk görüşündə Hindistan yığmasına 45:42 hesabı ilə qalib gəlib.

Milli Çin seçməsini isə 45:35 hesabı ilə üstələyib.

Komanda sabah yarımfinala vəsiqə uğrunda Fransa ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi