Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev fiqurlu konkisürənlər Yekaterina Ryabova və Vladimir Litvintsevlə görüşüb.
Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, o, görüşdə idmançıların 21 - 27 martda Fransanın Monpelye şəhərində keçiriləcək dünya çempionatına hazırlıqları ilə maraqlanıb, onlara tövsiyyələrini verib və uğurlar arzulayıb.
Nağıyev federasiyanın gələcək fəaliyyət planları haqqında danışaraq atletləri dəstəkləməyə hər zaman hazır olduqlarını bildirib.
Qeyd edək ki, Azərbaycanı dünya çempionatında Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə yığmanın üzvləri Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy təmsil edəcək.