Qran-pri: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq

Qran-pri: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq Azərbaycanın iki cüdoçusu Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayıb.
Fərdi
30 Yanvar , 2022 17:34
Qran-pri: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycanın iki cüdoçusu Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Adil Kərimli 1/8 final mərhələsində İsrail təmsilçisi Stanislav Bançuku məğlub edib.

1/4 final mərhələsində xorvatiyalı Marko Kumriçə uduzan cüdoçu təsəlliverici görüşdə braziliyalı Rafael Buzacarinidən güclü olub. Kərimli bürünc medal uğrunda görüşdə ABŞ-dan olan L.A. Smitlə görüşəcək.

100-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda konqolu Klemen Musumadiyə qalib gəlsə də, növbəti raundda yaponiyalı Yuta Nakamuraya, təsəlliverici qarşılaşmada isə seneqallı Mbaqnik Ndiayeyə yenilib. Eyni çəkidəki İmran Yusifov koronavirus testi pozitiv çıxdığı üçün turnirdən kənarlaşdırılıb.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (66 kq) gümüş medal qazanıb. Eyni çəkidə çıxış etmiş daha bir azərbaycanlı cüdoçu Rövşən Əliyev 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb. Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) müxtəlif səbəblərdən yarışda iştirak edə bilməyiblər.

Son xəbərlər

Orphus sistemi