Azərbaycanın tanınmış karateçisi Rafael Ağayevin Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərindəki Premyer Liqa turnirində iştirak etməməsinin səbəbi açıqlanıb.
Bu barədə "Report"a Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.
Federasiyası rəhbəri 5 qat dünya və 11 qat Avropa çempionunun öz istəyi ilə yarışa yollanmadığını bildirib: "Rafael Ağayev komandamızın üzvüdür. Zədə olmasa, bu il Avropa çempionatında və İslam Həmrəyliyi Oyunlarında iştirakı planlaşdırılır. Bildirdi ki, Premyer Liqa turnirinin onun üçün böyük əhəmiyyəti yoxdur, həm də tam hazır deyil. Ağayevin yüngül zədəsi də var".
Qeyd edək ki, Rafael Ağayev 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb.