Rafiq Hüseynov: "Növbəti olimpiadada qızıl medal qazanmağa çalışacağam"

Rafiq Hüseynov: "Növbəti olimpiadada qızıl medal qazanmağa çalışacağam" "Azərbaycana medal gətirdiyimiz üçünsevinirik. Bu təkcə bizim deyil, Azərbaycanın qələbəsidir".
Fərdi
12 Avqust , 2021 13:02
Rafiq Hüseynov: Növbəti olimpiadada qızıl medal qazanmağa çalışacağam

"Azərbaycana medal gətirdiyimiz üçünsevinirik. Bu təkcə bizim deyil, Azərbaycanın qələbəsidir".

"Report"un məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

33 yaşlı idmançı Vətənə medalla qayıtdığı üçün sevindiyini bildirib: "Həm müharibə, həm də pandemiya şəraitində çətin günlər idmandan da yan keçməyib. Düzdür, bu gün qızıl medal qazana bilmədik. Amma çox sevinirik ki, ölkəyə mükafatsız qayıtmadıq. Medal almayan komanda yoldaşlarıma da bu sevinci yaşamağı arzulayıram".

Təcrübəli güləşçi daha bir olimpiadada çıxış etmək arzusunda olduğunu söyləyib: "Hələ 33 yaşım var, elə də çox deyil. Qalib gələ bilirsənsə, davam etmək şərtdir. Mən də idmana bu prinsiplə yanaşıram. Hər bir qələbə, medal motivasiyadır. Xüsusilə də Olimpiya medalı. Çalışacağıq ki, 3 il ərzində hazırlaşaq və növbəti yarışda qızıl mükafata sahib olaq”.

Bürünc medal uğrunda görüşdə ermənistanlı Karapet Çalyanı məğlub edən Avropa çempionu hər qarşılaşmanın onun üçün xüsusi olduğunu vurğulayıb: “4 döyüşün hər biri mənim üçün ağır idi. Hər bir rəqiblə görüşə xüsusi hazırlaşmışdım. Qarşılaşmaların hər biri prinsipial idi. Əsas məqsədim isə medal qazanmaq idi ki, onu da əldə etdim”.

Son xəbərlər

Orphus sistemi