Rəşad Nəbiyev: "Cüdoda maksimum nəticə ən başlıca vəzifəmizdir"

Rəşad Nəbiyev: "Cüdoda maksimum nəticə ən başlıca vəzifəmizdir" "Cüdonun böyük ənənələri var, son illərdə böyük nailiyyətlər əldə olunub".
Fərdi
1 Noyabr , 2021 18:04
Rəşad Nəbiyev: Cüdoda maksimum nəticə ən başlıca vəzifəmizdir
Rəşad Nəbiyev
0 : 00
0 : 00

"Ölkəmizdə cüdonun böyük ənənələri var, son illərdə bu sahədə böyük uğurlar əldə olunub. İstər Yay Olimpiya Oyunlarında, istərsə də dünya və Avropa çempionatlarında idmançılarımız böyük nailiyyətlərə imza atıblar. Üzərimizə bu nailiyyətləri ilk növbədə, qoruyub saxlamaq və daha da inkişaf etdirmək düşür".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Cüdo Federasiyasının (ACF) yeni prezidenti Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, ilk növbədə, hədəfləri müəyyənləşdirmək və strategiya qurmaq lazımdır: "Hədəflər qısa, orta və uzun müddətlidir. Onları bir araya gətirərək, strategiyamızı və bundan irəli gələrək, atacağımız addımları müəyyənləşdirəcəyik. Bu gün federasiyanın İcraiyyə Komitəsində müəyyən dəyişikliklər oldu. Yeni tərkibdə məqsədləri müəyyənləşdirərək, onların öhdəsindən gələcəyik. Məqsədlər kifayət qədər aydındır. Bizi qarşıda Paris-2024 Yay Olimpiya Oyunları, dünya və Avropa çempionatları var. Maksimum nəticə əldə etmək ən başlıca vəzifəmizdir". 

Cüdo ilə 15-16 yaşınadək məşğul olduğunu xatırladan R.Nəbiyev bildirib ki, yeni baş məşqçi ilə bağlı məsələyə hədəflər müəyyənləşəndən sonra aydınlıq gələcək: "Hələlik bu suala cavab vermək üçün tezdir. Cüdonun kifayət qədər maddi-texniki bazası formalaşıb. Habelə, yaxşı məşqçi heyəti var. Hədəflərdən sonra onlara çatmağın vasitələri də müəyyənləşəcək". 

ACF prezidenti Paris-2024-dən gözləntilərini açıqlamağın tez olduğunu da dilə gətirib: "Hər bir növdə olduğu kimi, cüdoda da hər hansı proqnoz vermək peşəkarlıqdan kifayət qədər uzaq olardı. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticəni əldə edək". 

O, federasiya rəhbərliyində dəyişikliyin səbəbini belə izah edib: "Cüdo da digər idman növlərimiz kimi inkişafdadır. Federasiyanın əvvəlki prezidenti RövnəqAbdullayev və onunla birgə çalışanlar maddi-texniki bazanın formalaşması və cüdonun regionlarımıza sirayət etməsi üçün kifayət qədər böyük işlər görüblər. Bizim üzərimizə düşən isə həmin bazaya əsaslanaraq, daha böyük nailiyyətlər əldə etməkdir".

Son xəbərlər

Orphus sistemi