"Roland Garros": Rafael Nadalın finaldakı rəqibi məlum oldu

"Roland Garros": Rafael Nadalın finaldakı rəqibi məlum oldu İspaniyalı tennisçi Rafael Nadal ardıcıl dördüncü dəfə Fransanın açıq çempionatında ("Roland Garros") finala yüksəlib.
Fərdi
10 Oktyabr , 2020 01:02
Roland Garros: Rafael Nadalın finaldakı rəqibi məlum oldu
Rafael Nadal

Fransanın açıq çempionatında ("Roland Garros")  ispaniyalı tennisçi Rafael Nadalın finaldakı rəqibi müəyyənləşib. 

"Report"un məlumatına görə, bu, dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçdir. Serbiyalı tennisçi 3 saat 58 dəqiqə davam etmiş mübarizənin yekununda yunanıstanlı Stefanos Tsitsipası çətinliklə yenib - 6:3, 6:2, 5:7, 4:6, 6:1.

Final görüşü oktyabrın 11-də keçiriləcək. 

Qeyd edək ki, qadınların fərdi mübarizəsində həlledici görüşdə polşalı İqa Şvyontek və ABŞ-dan olan Sofiya Kenin üz-üzə gələcək. 

01:02

İspaniyalı tennisçi Rafael Nadal ardıcıl dördüncü dəfə Fransanın açıq çempionatında ("Roland Garros") finala yüksəlib.

"Report"un məlumatına görə, 34 yaşlı idmançı yarımfinalda argentinalı Dieqo Şvartsmanı 3 setlik mübarizədə yenib - 6:3, 6:3, 7:6 (7:0). Görüş 3 saat 12 dəqiqə davam edib.

Digər yarımfinal görüşündə dünyanın bir nömrəli tennisçisi, serbiyalı Novak Cokoviç və yunanıstanlı Stefanos Tsitsipas üz-üzə gələcək. Turnirin ümumi mükafat fondu 38 milyon avrodur.

Qeyd edək ki, Rafael Nadal karyerasında ümumilikdə 13 dəfə finala çıxıb. Əvvəlki 12 finaldan o, qalib ayrılıb.

Son xəbərlər

Orphus sistemi