Cüdo üzrə Rusiya milli komandasının Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatında iştirakına icazə verilməyəcəyi dəqiqləşib.
"Report"un məlumatına görə, bu barədə Rusiya Cüdo Federasiyasının prezidenti Vasili Anisimov TASS-a açıqlama verib.
O, mundiala qatılmayacaqlarını təsdiqləyib: "Beynəlxalq Olimpiya Komitəsinin qərarı təkcə Rusiyanın cüdo komandasına deyil, bütün idmançılarına şamil edilir".
Qeyd edək ki, Daşkənddəki dünya çempionatı 6 - 12 oktyabrda olacaq. Daha əvvəl Ukrayna Cüdo Federasiyası Rusiya idmançılarına icazə veriləcəyi halda dünya çempionatını boykot edəcəyini açıqlayıb.