Rusiya və Belarus cüdoçuları beynəlxalq yarışlarda iştirakdan imtina edib

Rusiya və Belarus cüdoçuları beynəlxalq yarışlarda iştirakdan imtina edib Rusiya cüdoçuları Beynəlxalq Cüdo Federasiyası (IJF) və Avropa Cüdo İttifaqının (EJU) bayrağı altında keçirilən yarışlarda çıxışlarını dayandırıb.
Fərdi
14 Mart , 2022 18:59
Rusiya və Belarus cüdoçuları beynəlxalq yarışlarda iştirakdan imtina edib

Rusiya cüdoçuları Beynəlxalq Cüdo Federasiyası (IJF) və Avropa Cüdo İttifaqının (EJU) bayrağı altında keçirilən yarışlarda çıxışlarını dayandırıb.

"Report"un Rusiya Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, qərar ölkədən çıxışın çətinliyi və idmançıların təhlükəsizliyi ilə əlaqədar qəbul olunub.

Rusiya cüdoçuları ilə yanaşı, Belarus təmsilçiləri də beynəlxalq turnirlərdə iştirakdan imtina ediblər.

Qeyd edək ki, daha əvvəl IJF Rusiya və Belarusda keçirilən beynəlxalq yarışları ləğv edib, həmçinin ölkə prezidenti Vladimir Putinin qurumun fəxri prezidenti və səfiri səlahiyyətlərini dayandırıb. Bundan başqa, Rusiya və Belarus cüdoçularının beynəlxalq turnirlərdə neytral statusda çıxış etməsinə qərar verilib.

Son xəbərlər

Orphus sistemi