Rusiyanın Kazan şəhərində keçirilməli olan cüdo üzrə Böyük Dəbilqə ləğv olunub.
"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Cüdo Federasiyası (IJF) xəbər yayıb.
Buna səbəb kimi Rusiya və Ukrayna arasındakı müharibə göstərilib.
Qeyd edək ki, turnir 20 - 22 mayda baş tutmalı idi.