Sablyaçımız Rusiyada gümüş medal qazandı

Sablyaçımız Rusiyada gümüş medal qazandı Qrup mərhələsini 4 qələbə ilə başa vuran Başta pley-offda da uğurlu çıxışla yadda qalıb
Fərdi
24 May , 2021 11:56
Sablyaçımız Rusiyada gümüş medal qazandı

Azərbaycanın qadın sablyaçıları Anna Başta, Səbinə Kərimova və Sevil Bünyatova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumrusiya Açıq Turnirində iştirak edib.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qrup mərhələsini 4 qələbə ilə başa vuran Başta pley-offda da uğurlu çıxışla yadda qalıb.

Rusiyanın güclü sablyaçılarının yarışdığı turnirin finalında yerli Olqa Nikitinaya 6:15 hesabı ilə uduzan qılıncoynadan gümüş medala layiq görülüb.

Qrup mərhələsini uğurla adlyan Kərimova və Bünyatova isə mübarizəni pley-offda dayandırıb.

Son xəbərlər

Orphus sistemi