Şahin Mustafayev Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb

Şahin Mustafayev Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayevlə Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura arasında görüş keçirilib.
Fərdi
19 Sentyabr , 2024 18:10
Şahin Mustafayev Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti Şahin Mustafayev Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı Azərbaycanda stolüstü tennisin hazırkı vəziyyəti və gələcək planlar barədə məlumat verilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Bu cür görüşlərin əhəmiyyətindən söz açan ASTF prezidenti beynəlxalq idman qurumu ilə sıx əməkdaşlığın stolüstü tennisin inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.

Azərbaycanda dövlət tərəfindən idmanın inkişafına xüsusi diqqət göstərildiyini deyən Ş.Mustafayev bu qayğı sayəsində beynəlxalq arenalarda böyük uğurların qazanıldığını və ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib.

Dəvət üçün təşəkkürünü bildirən Pedro Migel Moura isə Azərbaycanda stolüstü tennisin inkişaf strategiyasını və gələcək perspektivini yüksək qiymətləndirərək, yaxın gələcəkdə ölkəmizdə bu idman növü üzrə beynəlxalq yarışların təşkil olunacağına ümid bəslədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi