Beynəlxalq qrossmeysterdən həftənin ən yaxşı oyunu ilə bağlı təhlil

Beynəlxalq qrossmeysterdən həftənin ən yaxşı oyunu ilə bağlı təhlil Bir dəfə təxminən 2250-ci səviyyəli bir oyunçu oyunumuzdan sonra məndən mövqeyi necə qiymətləndirdiyimi soruşdu
Fərdi
7 Mart , 2021 14:53
Beynəlxalq qrossmeysterdən həftənin ən yaxşı oyunu ilə bağlı təhlil

“Report” beynəlxalq qrossmeysterlər Vasif Durarbəylinin və Burak Fıratın növbəti yazısını təqdim edir:

Bir dəfə təxminən 2250 reytinq səviyyəli şahmatçı oyunumuzdan sonra mövqeyini necə dəyərləndirdiyimi soruşdu. Cavab verdim ki, qələbəyə yüksək şansınız olan bir mövqedə idiniz və mənim heç bir əks oyunum yox idi. O, sualı bir də təkrarladı və yenə eyni cavabı verdim. Bundan sonra sualına aydınlıq gətirdi. Məndən xahiş etdi ki, ona proqram kimi +1, +2, və s. şəklində deyim. Ancaq mən əvvəl belə qiymətləndirmədən istifadə etmədiyim üçün necə cavab verəcəyimi bilmirdim.

Söhbətdən sonra anladım ki, bir çox gənc oyunçular mövqeləri bu nömrələrdən istifadə edərək qiymətləndirir. Heç bir halda bunun yanlış yanaşma olduğunu iddia etmirəm; lakin, proqram kimi mövqeyi qiymətləndirmək bəzi problemlərə yol aça bilər. Belə ki, oyunçular proqramla variantları təhlil edəndə hər variantın sonunda 0.00-ı tez-tez müşahidə edə bilərlər.

Boris Qelfand son kitabı “Şahmatda texniki qərar vermə”də yazır: “Əgər mövqeyiniz obyektiv şəkildə "yaxşı" olarsa (gənclərin nəzərində 0,00), amma hər gedişdə oyunu uduzmaq təhlükəsi ilə üz-üzə qalacaqsınızsa, sizin mövqe yaxşı deyil”. Sadəcə mən əlavə etmək istəyirəm ki, hətta bir çox gedişlər 0.00 göstərsə belə, əgər yalnız rəqibinizin udma şansı varsa, o zaman mövqeyiniz “yaxşı” deyil.

Həftənin oyunu: Sergey Lobanov və Denis Lazavik

Bu, müasir şahmat üçün standart bir oyundur. Lazavik heç bir qələbə şansı olmadığı, 0.00 qiymətləndimə verilən bir vəziyyətə getdi. Ancaq Lazavik uduzma təhlükəsini hiss etmədi ya da hiss etdi, amma debütdən sonra oyunu məcburi gedişlərlə heç-heçəyə aparan davam yolunu tapa bilmədi.

Kritik Mövqe- Gediş Qaranındır

Təhlil:

(15) Lobanov, Sergei (2516) - Lazavik, Denis (2442) [C77]

"Moscow Open A 2021" (7), 26.02.2021

[Durarbəyli,Vasif]

1.e4 e5 2.Af3 Ac6 3.Fb5 a6 4.Fa4 Af6 5.0–0 Fe7 6.d3 [Bir çox əsas nəzəri variantlardan, xüsusən də İspandakı Marşaldan yayınır, və hal hazırda məşhur davam yoludur.]

[6.Te1 Əsas davam yolu.]

6...b5 7.Fb3 d6 8.a3 [Bu zərərsiz gediş kimi görünə bilər. Burda ideya ağ xanalı fili diaqonalda saxlamaq və uzun bir oyun oynamaqdır.]

8...0–0 9.Ac3 Aa5 10.Fa2 Fe6 11.b4

Fxa2 [112 dəfə oynanılıb. Elə görünür ki, Maksim-Vaşye-Laqrav və Nihal Sarin bu variasiyada tematik blits oynayır. Təhlildə oyunlarından bir çox istinad görə bilərsiniz. Laqrav üstünlüyə sahib idi.]

[11...Ac6!? 11 dəfə oynanıldı. Niyə yüksək səviyyəli oyunçular bu gedişi demək olar ki, dayandırdılar?! Bu addım Karlsenin 2016-cı ildə Karyakinlə qarşılaşmasında Dünya Çempionu adını qoruyub saxlamasına kömək etmişdi. Heç bir qənaətbəxş cavab tapa bilmədim. Yeri gəlmişkən, Lobanov blitz oyununda Qara ilə gediş etdi.

12.Ad5 Ad4 13.Ag5

a) 13.Axd4 exd4 14.Fb2 (14.Axe7+ Vxe7 15.Fd2 Ad7 16.f4 (16.Fxe6 Vxe6 17.a4 c5 18.Vb1 a5) 16...Fxa2 17.Txa2 f5!=) 14...c5 15.c3? dxc3 16.Fxc3 Axd5 17.exd5 Ff5=+0–1 (27) Kollars,D (2598)-Lobanov,S (2522) Chess.com INT 2020;

b) 13.Axf6+ Fxf6 14.Axd4 exd4 15.Fxe6 fxe6 16.Fd2 e5 17.f4 exf4 18.Fxf4 Ve7 Demək olar ki bərabər. (18...a5? 19.Vh5 c6 20.a4!+_ 1–0 (31) Anand,V (2759)-Karjakin,S (2782) Paris 2018) ;

13...Fxd5 14.exd5 Ad7 15.Ae4 (15.Ah3 a5 16.c3 Af5 17.Fd2 Ab6 18.Fb3 Vd7= ½–½ (56) Nepomniachtchi,I (2733)-Kovalev,V (2636) Heraklion 2017) 15...f5 Aydın deyil. .0–1 (38) Karjakin,S (2772)-Carlsen,M (2853) New York 2016]

12.Txa2 Ac6 13.Fg5 Ag4 [Bf6 daş dəyişməsindən və d5 xanasına nəzarət fikrindən yayınır.]

[13...Vd7 14.Fxf6 Fxf6 15.Ad5 a5 16.Tb2!? (16.Axf6+ gxf6 17.Tb2 axb4 18.axb4 f5 19.Ah4 f4 20.Af5 Şh8 21.d4 f6 22.Vd3 Axd4!?N (22...Ae7?! 23.Axe7 Vxe7 24.Vxb5 exd4 25.Vd3+= ½–½ (100) Dominguez Perez,L (2751)-Tomashevsky,E (2701) Baku 2014) 23.Axd4 exd4 24.Vxd4 (24.f3 Vg7 25.Vxd4 f5=) 24...f3! 25.Tb3 (25.gxf3?? Vg7+ 26.Şh1 Tg8–+) 25...fxg2 26.Td1 Tae8=) 16...axb4 17.axb4 Fd8 18.c4 Ad4 19.Axd4 exd4 20.Vc2 Ağ üçün bir az daha yaxşı.1–0 (40) Nepomniachtchi,I (2774)-Ding,L (2805) Ekaterinburg 2020]

14.Fd2 Af6 15.Te1 Vd7 16.Ad5 Axd5 17.exd5

Aa7 [17...Ad4 18.c4!?N (18.Axd4 exd4 19.h3!? Tae8! (19...Ff6?! 20.Vg4 Vxg4 21.hxg4 Tfe8 22.Txe8+ Txe8 23.Şf+= ½–½ (47) Vachier Lagrave,M (2784)-Nihal,S (2620) Chess.com INT 2020) 20.c4 (20.Vg4?! Vxg4 21.hxg4 f5=+) 20...dxc3 21.Fxc3 Fg5=) 18...Axf3+ 19.Vxf3 f5 20.a4 bxc4 21.dxc4 e4 22.Vb3+= Ağın mövqeyi bir qədər üstündür, çünki piyadanı getmək potensialı var.]

18.a4 c6 19.dxc6 Axc6 20.c4

d5?! [Gözlənilən gedişdir, amma məsələ burasındadır ki, ağın oyunu daha asandır]

[20...Tab8 21.cxb5 axb5 22.a5 Tfc8 23.Vb3+= 1–0 (49) Vachier Lagrave,M (2784)-Nihal,S (2620) Chess.com INT 2020; 20...Ff6!?N At üçün e7 xanasını boşaldır. 21.cxb5 (21.axb5 axb5 22.Txa8 Txa8 23.cxb5 Ae7 24.b6 Ad5=) 21...axb5 22.a5 d5!? Mürəkkəb bir vəziyyət. A5 xanasındakı piyada təhlükədə görünür, lakin gediş etmək asan deyil. Qaranın mərkəzdə nəzarəti var və b4-dəki piyada hədəf alına bilər.]

21.axb5 axb5 22.Txa8 Txa8 23.cxb5 Axb4 24.Axe5 Vxb5 25.Vg4! [25.Vh5!? Tf8 26.Tb1 Va4 27.Fxb4 Fxb4 28.Vg4 Ve8 29.Ad7 f5 30.Vxb4 Vxd7 Heç-heçəyə çox yaxın mövqe baxmayaraq ki Ağ üstündür. ½–½ (57) Kobalia,M (2587)-Lazavik,D (2436) Moscow RUS 2020

25...Ac2! [Tək gediş. Alekseenko oyunda çıxış yolu tapa bilmədi, amma Lazavik bu oyunu dəqiq bilirdi və analiz etmişdi. Kobaliyaya ilə oyunu və bu oyundakı sürətli gedişləri buna sübutdur.]

[25...Ta7? 26.h4 (26.g3! Göründüyü kimi, bu ən yaxşı gedişatdır və bəzi müəmmalı gedişlərdən sonra qazanılır.

26...Ff8 27.Tb1 Ve8 28.Fxb4 Tb7 29.Şg2 Fxb4 30.Tb2 h6 31.Axf7 Vxf7 32.Txb4+–) 26...Ff8 (26...Ac6? 27.Fh6 Ff8 28.Ad7 f5 29.Vxf5+– 1–0 (29) Vachier Lagrave,M (2780)-Alekseenko,K (2637) Caleta 2019) 27.Tb1 Ve8 28.Fxb4 Tb7 29.Axf7 Vxf7 30.Vc8+_]

26.Axf7 Axe1 27.Ve6 Vb8!N [Tək gediş.]

[27...Şf8?? 28.Ae5 Ve8 29.Ad7+ Vxd7 30.Vxd7+– 1–0 (57) Vachier Lagrave,M (2784)-Nihal,S (2620) Chess.com INT 2020; 27...Ff6?? 28.Ah6+ Şh8 29.Vg8+! Txg8 30.Af7#]

28.Ah6+ Şh8 [Hər iki oyunçu bu məqama qədər demək olar ki, heç vaxt sərf etməmişdi, lakin Lobanov hazırlıqda rəqibindən bir addım qabaqda idi.]

29.Fxe1

Vf8 [4,5 dəqiqə.]

30.Fc3!? Ff6?! [32 dəqiqə. Mühərrikin 0.00 üçün 10 yol təklif etməsi gülüncdür. Bu qədər seçiminiz olduqda ümumiyyətlə problem olur. Bu gediş mühərrikə görə bərabərliyi pozmur, amma mənə görə ağa daha çox sərbəstlik yaradır!]

[30...d4! Bərabər etməyin ən güclü yolu.31.Fxd4 Fc5! 32.h4 Fxd4 33.Af7+ Şg8= 34.Ah6+ Şh8=]

31.Af7+ Şg8 32.Ag5+ Şh8 33.Af7+ Şg8

34.Vxd5! Tb8 35.Ae5+ Şh8 36.h3!? [Texniki cəhətdən bu mövqe hələ bərabərdir, ancaq qara qorumağa, ağ isə mövqeyini irəlilətməyə çalışacaq.]

36...Fxe5 [Bu cansıxıcı atdan qurtulmağa qərar verir, amma sonra fil e5-də mükəmməl bir müdafiə xanası qazanır!]

37.Fxe5 Td8 38.Ve4 Vf7 39.d4 Şg8 40.f4

Vd7 41.Şh2 Vf7 42.Vf3 g6 43.Vc6 Te8 44.Şg3 Tf8 45.d5 g5

[Lazavik nəhayət gözləməkdən bezdi və əks oyun etməyə çalışdı.]

46.fxg5 Ve7 47.Ff6 Ve3+

48.Şh4!? [Şah rəqibi üçün gəlir!]

48...Ve1+? [48...Ve4+! Tək gediş. 49.g4 Ve1+! 50.Şh5 Ve8+! 51.Vxe8 Txe8 52.d6 Te3 Qara, ehtimal ki, bu ideyanı nəzərdən qaçırdı. . 53.h4 Td3= 54.Fe7 Ağ irəliləyə bilməz.]

49.Şh5 Ve2+ 50.Şh6 Vd3 51.Ve6+ Tf7 52.Fe7! Vc3 53.d6 Vc6 54.g6

1–0

Son xəbərlər

Orphus sistemi