Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi Türkiyə ilə heç-heçə edib

Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi Türkiyə ilə heç-heçə edib Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Fərdi
1 Avqust , 2022 18:49
Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi Türkiyə ilə heç-heçə edib

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, III turda Türkiyə seçməsi ilə qarşılaşan yığma sülhə razılaşıb - 2:2.

Şəhriyar Məmməmdyarov və Rauf Məmmədov rəqibləri ilə heç-heçə ediblər. Millinin heyətində yeganə qələbəni Vasif Durarbəyli qazanıb. Qədir Hüseynov isə görüşdən məğlub ayrılıb.

Komanda ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda isə Argentinanı 2,5:0,5 hesabı ilə üstələyib.

Türkiyə – Azərbaycan - 2:2

Mustafa Yılmaz – Şəhriyar Məmmədyarov

Əmrə Can – Rauf Məmmədov

Vahap Sanal – Qədir Hüseynov

Cəmil Can Ali Marandi – Vasif Durarbəyli

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi