Vətən müharibəsi şəhidi, "Vətən uğrunda" medalı ilə təltif olunmuş baş leytenant İlkin Məmmədzadənin xatirəsinə onlayn şahmat üzrə Beynəlxalq Zəfər Kuboku keçirilib.
"Report"un məlumatına görə, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "İDEA" şahmat klubunun birgə təşkilatçılığı ilə baş tutub.
Turnirdə Türkiyənin və Gürcüstanın 2, Rusiya və İranın 1 şahmatçısı iştirak edib. Beynəlxalq Zəfər Kubokuna ümumilikdə 120 şahmatçı qatılıb.
Oğlanların mübarizəsində Paşam Əlizadə qalib olub. Rəvan Uğurov 2-ci, Yunis Mahmudzadə isə 3-cü yeri tutub.
Qızların yarışında isə müvafiq yerlərə Röya Çantayeva, Aytac Məmmədova və Şəms Fərzəli layiq görülüb.
Turnirdə ilk 3 yeri tutanlar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medalla təltif olunacaq. Əlavə olaraq yarışın qalibləri kubokla mükafatlandırılacaq. Mükafatlandırma tədbiri pandemiya şərtlərinə uyğun qaydada Baş İdarədə keçiriləcək.