Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunacaq "Norway Chess" turnirinə qatılacaqlar.
"Report"un yarışın rəsmi tviter hesabına istinadən məlumatına görə, hər iki qrossmeysterin adı iştirakçılar sırasında göstərilib.
Bundan əlavə, yarışda norveçli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao mübarizə aparacaq.
Qeyd edək ki, "Norway Chess" 31 may - 10 iyunda keçiriləcək.