Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində bu gün növbəti görüşlərini keçirəcəklər.
"Report"un məlumatına görə, Məmmədyarov yarışın ikinci günündə fransalı Maksim Vaşye-Laqravla qara, Rəcəbov norveçli Aryan Tari ilə ağ fiqurlarla üz-üzə gələcək.
Onlar ilk turda müvafiq olaraq Aryan Tari ilə və ABŞ-ı təmsil edən Uesli So ilə qarşılaşıblar. Məmmədyarov ilk qarşılaşmasında heç-heçə etsə də, daha sonra rəqibinə qalib gəlib. 37 yaşlı qrossmeyster hazırda 1,5 xalla 4-cü pillədə qərarlaşıb.
Rəcəbov isə birinci duelindəcə Soya məğlub olub. Hazırda xalsız olan iti zəka sahibi Laqravla birlikdə sonuncu pillələrdədir.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir. Turnirdə 10 şahmatçı iştirak edir.