Serxio Peres: "Bakıda bir göz qırpımında hər şey dəyişə bilər"

Serxio Peres: "Bakıda bir göz qırpımında hər şey dəyişə bilər" "Bakı yarışı həqiqətən çox fərqlidir, çünki bu sürətli şəhər trasında bir göz qırpımında hər şey dəyişə bilər. Buna görə də çox ehtiyatlı olmaq lazımdır".
Fərdi
10 İyun , 2022 18:31
Serxio Peres: Bakıda bir göz qırpımında hər şey dəyişə bilər

"Bakı yarışı həqiqətən çox fərqlidir, çünki bu sürətli şəhər trasında bir göz qırpımında hər şey dəyişə bilər. Buna görə də çox ehtiyatlı olmaq lazımdır".

"Report"un məlumatına görə, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull"un pilotu Serxio Peres mətbuat konfransında Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

İlk sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən 32 yaşlı sürücü bildirib ki, Bakı treki pilotları həmişə sınaq qarşısında qoyur: "Bakı yarışı mənim üçün mövsümün ən sevimlisidir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi