"Formula 1"in rəhbəri dəyişib.
"Report"un məlumatına görə, "Ferrari" komandasının keçmiş sahibi Stefano Domenikali yarışın prezidenti və baş icraçı direktoru təyin edilib.
Bu postda Çeyz Kerini əvəzləyən italiyalı idman meneceri vəzifəsinin icrasına 2021-ci ilin yanvarından başlayacaq.
Ç.Keri isə qeyri-icraçı direktor seçilib.
Qeyd edək ki, Keri 2017-ci ildə Berni Ekklstounun yerinə bu vəzifəyə təyin olunmuşdu. Domenikali isə 2007-ci ildən 2014-cü ilədək "Ferrari"yə rəhbərlik edib.