Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib Su İdman Sarayında "Birlikdə üzək" adlı üzgüçülük yarışına start verilib.
Fərdi
24 Dekabr , 2022 10:46
Su İdman Sarayında Birlikdə üzək adlı yarışa start verilib

Su İdman Sarayında "Birlikdə üzək" adlı üzgüçülük yarışına start verilib.

"Report"un məlumatına görə, ölkə üzrə eyni zamanda 30 idman kompleksində keçirilən yarışın rəsmi açılış mərasimi Bakıda olub.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Ardınca bütün ölkə üzrə eyni vaxtda yarışlar start götürüb.

Su İdman Sarayında quraşdırılmış monitorlar vasitəsilə ölkədəki digər İdman Komplekslərindəki yarışları da izləmək mümkün olub.

Qeyd edək ki, dekabrın 24-dən 26-dək Gənclər və İdman Nazirliyi ölkə üzrə eyni vaxtda 30 idman kompleksində “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirəcək.

Yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir. Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq. Bütün üzgüçülərə sertifikat və medal təqdim ediləcək. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən (hər yaş qrupu üzrə ilk 3 nəfər) iştirakçılar qalib elan olunacaq və hədiyyə olaraq hovuzlara abunəlik qazanacaqlar.

Yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) kişilər və qadınlar kateqoriyalarında keçirilir. Yarışlar dekabrın 24-də, 25-də və 26-da hər gün saat 10:00-13:00 və 15:00-18:00 aralığında təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi