Şuşada keçirilən Memorialın qalibi: "Vüqar Həşimov şahmata xüsusi töhfələr vermiş qrossmeyster olub"

Şuşada keçirilən Memorialın qalibi: "Vüqar Həşimov şahmata xüsusi töhfələr vermiş qrossmeyster olub" "Vüqar Həşimov şahmata xüsusi töhfələr vermiş qrossmeyster olub"
Fərdi
28 Sentyabr , 2024 20:53
Şuşada keçirilən Memorialın qalibi: Vüqar Həşimov şahmata xüsusi töhfələr vermiş qrossmeyster olub

"Vüqar Həşimov şahmata xüsusi töhfələr vermiş qrossmeyster olub"

"Report"un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bunu Şuşada keçirilən Vüqar Həşimov Memorialının qalibi Yan Nepomnyaşi (FIDE) jurnalistlərə açıqlamasında deyib.

Yarışı 19 xalla birinci sırada tamamlayan rusiyalı qrossmeyster qalib gəldiyi üçün sevincli olduğunu bildirib:

"Belə bir turniri birinci sırada başa vurmaq sevindirici haldır. Vüqar Həşimov şahmata xüsusi töhfələr vermiş qrossmeyster olub. Onunla keçirdiyimiz partiyaları unutmamışam. İnanıram ki, Vüqar Həşimov Memorialı daim keçiriləcək".

Qeyd edək ki, xatirə turnirində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında mübarizə aparan Yan Nepomnyaşi rapid növündə 10, blitsdə isə hesabına 9 xal yazdırıb. O, yekunda 19 xalla turnirin baş mükafatını qazanıb.

Son xəbərlər

Orphus sistemi