Yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək taekvondo üzrə Azərbaycan çempionatında hər klubdan eyni çəki dərəcəsində 2 idmançının iştirakına icazə veriləcək.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan Taekvondo Federasiyasının rəsmi feysbuk səhifəsi xəbər yayıb.
Bildiirlib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi davam etdiyindən zona, şəhər birincilikləri keçirilməyib: "Bu amilin məşqçi və zona rəhbərlərinə idmançı seçimi etməkdə çətinlik yaradacağını nəzərə alaraq, federasiyanın İdarə Heyəti və Hakimlər Komitəsi respublika çempionatında hər klubdan eyni çəki dərəcəsində 2 idmançının iştirakına icazə verilməsini qərara alıb".
Qeyd edək ki, taekvondo üzrə Azərbaycan çempionatı 30 noyabr - 5 dekabrda təşkil olunacaq.