Venesuela tennisçisi Roberto Maytin 14 il müddətinə diskvalifikasiya olunub.
"Report"un məlumatına görə, 32 yaşlı idmançı antikorrupsiya qaydalarını pozduğu üçün "Tennis Integrity Unit" antikorrupsiya strukturu tərəfindən cəzalandırılıb.
O, həmçinin 100 min ABŞ dolları məbləğində cərimələnib.
Maytin 2017 - 2018-ci illərdəki əməllərinə görə ittiham olunub, lakin qərardan apellyasiya şikayəti verməyib. Onun bir neçə dəfə mövcud qaydaları pozduğu iddia edilir.
Tnnisçisin məşqçilik etməsi və ya hansısa tennis yarışına qatılması da qadağan olunub. İdmançının cəzası martın 29-dan qüvvəyə minib.
Qeyd edək ki, Roberto Maytin dünya reytinqində 179-cu sırada qərarlaşıb.