"Grand Chess Tour": Teymur Rəcəbov Parisdə 9-cu oldu - YENİLƏNİB

"Grand Chess Tour": Teymur Rəcəbov Parisdə 9-cu oldu - YENİLƏNİB Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla növbəti görüşünü keçirib.
Fərdi
22 İyun , 2021 20:25
Grand Chess Tour: Teymur Rəcəbov Parisdə 9-cu oldu - YENİLƏNİB
Teymur Rəcəbov və Levon Aronyan

Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov turnirin son günündə daha 9 blits partiyada qüvvəsini sınayıb.

Alireza Firuzca (FIDE), Fabiano Karuana (ABŞ), Riçard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Vladimir Kramnikə (Rusiya) məğlub olan 34 yaşlı qrossmeyster Petr Svidler (Rusiya) və Levon Aronyan (Ermənistan) üzərində qələbə qazanıb. Uesli So (ABŞ) və Yan Nepomnyaşi ilə qarşılaşmalar isə heç-heçə başa çatıb.

Yekunda 14 xal toplayan Rəcəbov yarışı 9-cu pillədə bitiirb.

Qeyd edək ki, turnirin qalibi So olub. Nepomnyaşi 2-ci, Vaşye-Laqrav isə 3-cü yeri tutub.

19:45

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, XVII tura təsadüf edən blits qarşılaşması 34 yaşlı qrossmeysterin qələbəsi ilə başa çatıb.

Qara fiqurlarla oynayan Rəcəbov 30-cu gedişdə rəqibini təslim olmağa məcbur edib.

Son xəbərlər

Orphus sistemi