Teymur Rəcəbov bu gün ABŞ-ın daha bir şahmatçısı ilə qarşılaşacaq

Teymur Rəcəbov bu gün ABŞ-ın daha bir şahmatçısı ilə qarşılaşacaq Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün VII tur matçını keçirəcək.
Fərdi
25 İyun , 2022 11:25
Teymur Rəcəbov bu gün ABŞ-ın daha bir şahmatçısı ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün VII tur matçını keçirəcək.

"Report"un məlumatına görə, 35 yaşlı qrossmeyster qara fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) isə uduzub. Hazırda o, Liren və Duda ilə birlikdə hərəyə 2,5 xalla 5 - 7-ci yerləri bölüşdürür. Turnir cədvəlinə Nepomnyaşi 4,5 xalla başçılıq edir. Karuana 4 xalla 2-ci yerdə qərarlaşıb. Hərəyə 3 xala malik Rapport və Nakamura isə 3-4-cü yerləri bölüşür.

Son xəbərlər

Orphus sistemi