Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
"Report"un məlumatına görə, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahnatçısı Teymur Rəcəbov finala gedən yolda Karlsenlə yenidən üz-üzə gəlib. Rəcəbov ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olmasına baxmayaraq, bu dəfə uduzub - 3:1.
Digər yarımfinal görüşündə isə ABŞ təmsilçisi Uesli So İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşiyə qalib gəlib - 2:1.
Beləliklə, finalda Karlsen So ilə, 3-cü yer uğrunda görüşdə isə Rəcəbov Nemopnyaşi ilə üz-üzə gələcək.
Çempionlar Turu, VI mərhələ
The FTX Crypto Cup
29 may
Yarımfinal, cavab görüşləri
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan) - 3:1 (1:0; 0,5:0,5; 0,5:0,5; 1:0)
İlk oyun - 2:2
Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya) - 2:1 (0,5:0,5; 0,5:0,5; 1:0)
İlk oyun - 2,5:1,5
Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.