Teymur Rəcəbov Levon Aronyanı məğlub etdi

Teymur Rəcəbov Levon Aronyanı məğlub etdi Dünyanın as şahmatçılarının yarışdığı "Skilling Open 2020" onlayn blits turnirində az öncə Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşdı.
Fərdi
23 Noyabr , 2020 23:02
Teymur Rəcəbov Levon Aronyanı məğlub etdi
Teymur Rəcəbov

Dünyanın məşhur şahmatçılarının yarışdığı "Skilling Open 2020" onlayn blits turnirinin VII turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşıb.

"Report" xəbər verir ki, ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb.

7 turdan sonra o, 3.5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Ümumilikdə turnirdə 16 şahmatçı mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi