"Skilling open": Teymur Rəcəbov mübarizəni dayandırdı

"Skilling open": Teymur Rəcəbov mübarizəni dayandırdı Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skillinq open" turnirindəki çıxışını başa vurub.
Fərdi
27 Noyabr , 2020 01:35
Skilling open: Teymur Rəcəbov mübarizəni dayandırdı
Teymur Rəcəbov
0 : 00
0 : 00

Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skilling open" turnirindəki çıxışını başa vurub.

"Report"un məlumatına görə, 1/4 final mərhələsinin ilk görüşündə ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub edən 33 yaşlı qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib.

Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb. So isə adını yarımfinala yazdırıb.

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.

Son xəbərlər

Orphus sistemi