Avstraliyanın atletika üzrə milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında karantina alınıb.
"Report" ölkənin Milli Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, onlar koronavirusa yoluxmuş idmançı ilə təmasda olduqları üçün təcrid edilib.
ABŞ-ın şüvüllə tullanma üzrə çempionu Sam Kendrixdə infeksiya aşkarlanıb. Avstraliyalı Kurtis Marşall onunla birlikdə məşq edib. Beləliklə, karantində olan 63 idmançı koronavirus testindən keçəcək.