Tokio-2020: Azərbaycan paralimpiyaçıları 11-ci qızıl medalı qazanıb

Tokio-2020: Azərbaycan paralimpiyaçıları 11-ci qızıl medalı qazanıb Azərbaycan üzgüçüsü Vəli İsrafilov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Fərdi
1 Sentyabr , 2021 14:47
Tokio-2020: Azərbaycan paralimpiyaçıları 11-ci qızıl medalı qazanıb

Azərbaycan üzgüçüsü Vəli İsrafilov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, o, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

İsrafilov həmçinin paralimpiada rekordunu da qırıb. 19 yaşlı idmançı ən gənc paralimpiya çempionu kimi ölkənin tarixinə düşüb.

Qeyd edək ki, hazırda aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi